senetaz

Həsən Əliyev 80 D

04 İyun 2024 406

Mirzə Bala Məhəmmədzadənin "Seçilmiş əsərləri" nəşr olunub

Mirzə Bala Məhəmmədzadənin "Seçilmiş əsərləri" nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyat kitabxanası" seriyasının VII cildi - Mirzə Bala Məhəmmədzadənin "Seçilmiş əsərləri" "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.

İlk mənbələr əsasında tərtib edilmiş cilddə yer alan şeirlər, hekayələr, xatirələr, ədəbiyyatşünaslıq, milli hars və incəsənət problemlərinə, mühacirət tarixinə və türk dünyasına dair məqalələr, ensiklopedik oçerklər XX əsr Azərbaycan milli hərəkatının ən görkəmli şəxsiyyətlərindən olan M.B.Məhəmmədzadənin sözügedən dövrdəki çoxşaxəli ədəbi-elmi və publisistik fəaliyyəti barədə dolğun təsəvvür yaradır. Bu kitab həm də M.B.Məhəmmədzadənin mühacirət dövrü yazılı irsindən seçmələrin toplu halında ilk elmi nəşri kimi diqqətəlayiqdir.

Cildin tərtibçisi, Ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.

Hazırda İnstitutda "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının növbəti cildləri də çapa hazırlanır.