Misirin nüfuzlu “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Qafqazda zülməti aydınladan xanım” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə adının mənasının “Günəş şüası” olduğu, Xurşudbanu Natəvanın ədəbiyyata və elmə verdiyi töhfələrin Qafqazda bir nur kimi qaranlıqları aydınlatdığı yazılıb. Müəllif qeyd edib ki, avqustda 189 illiyi qeyd olunan və el arasında “Xan qızı” adlandırılan bu nəcib Azərbaycan şairəsi Qarabağ torpağının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir.
Məqalədə diqqətə çatdırılır ki, Qarabağın hökmdarı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvan hələ uşaqlıq illərində dünyəvi elmləri, ərəb və fars dillərini öyrənib, klassik poeziyanın incəliklərinə yiyələnib. O, Şuşada ədəbi məclislər təşkil edib, həmçinin xeyriyyəçiliklə məşğul olub. O dövrdə rusca nəşr olunan “Kavkaz” qəzetində bu nəcib xanımın kasıblara əl tutması, Şuşaya su çəkdirməsi barədə yazılar dərc edilmişdi. “Xan qızı Natəvan sarayı” və “Xan qızı Natəvan bulağı” qədim Şuşanın bəzəyi olub. Məşhur fransız yazıçısı Aleksandr Düma Natəvanla görüşündən sonra yazırdı ki, onun ədəbi fəaliyyəti Rusiyadan tutmuş Osmanlı imperiyasına qədər bütün ziyalılara məlum idi. Poeziya ilə yanaşı, Xurşudbanu Natəvan təsviri sənət və musiqi istedadına da malik olub.
Müəllif Xurşudbanu Natəvanın həyatının Tiflis, Dağıstan dövrlərindən də bəhs edilib. Xan qızının dəfn edildiyi Ağdama səfər etmiş M.Diab diqqətə çatdırıb ki, onun qəbrinin olduğu İmarət Qərvənd qəbiristanlığı, buradakı türbənin önündəki büstü erməni işğalçıları tərəfindən dağıdılıb. O əlavə edib ki, Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra qəsbkarların dağıtdığı “Xan qızı” bulağı qısa müddətdə bərpa olunub. Hazırda Xurşudbanu Natəvanın geniş sarayının qarşısında onun gözəlliyini əks etdirən büstü ucalır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür