Beynəlxalq Muğam Mərkəzi tərəfindən 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə qısametrajlı film istehsal edilib. Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filmdə Azərbaycan muğam sənətinin inkişafı, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi, ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğı öz əksini tapıb. Ekran əsərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın muğam sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya da geniş yer verilib. Həmçinin tanınmış muğam ifaçılarımızın muğam sənətini ilə bağlı fikirləri də yer alıb. Filmdə keçirilmiş muğam müsabiqələri haqqında videomateriallardan da istifadə edilib. Film Beynəlxalq Muğam Mərkəzi sosial şəbəkələrində paylaşılıb. Filimin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, quruluşçu rejissoru və ssenari müəllifi İlqar Əkbər, operatoru Fuad Təhməzli, redaktoru isə Lalə Azəridir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür