23 aprel, saat 12:00-də, Nəsimi rayonunda yerləşən Zorge parkında keçiriləcək Oxu Günündə Müşfiq XANın yeni çap olunmuş “5.45” adlı kitabın təqdimatı və imza günü keçiriləcək. Müəllifin işıq üzü görən sayca 10-cu bədii kitabı olan “5.45”-də ayrı-ayrı zamanlarda qələmə aldığı 15 hekayəsi toplanmışdır.
Qeyd edək ki, “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” və “Milanaya məktub” detektiv romanlarından sonra “5.45” detektiv janrda olmayan ilk nəsr kitabıdır.
Yeni kitabda müəllifin müraciət etdiyi əsas mövzu müharibə və sevgi süjetləri üzərində köklənib.
Kitabın redaktoru Xanəmir Telmanoğludur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür