Mədəniyyət Nazirliyinin və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Səhnə hərəkəti və plastika kafedrasının müdiri Aydar Zakirovun rəhbərliyi ilə səhnə hərəkəti və qılıncoynatma fənləri üzrə ustad dərslərinə başlanılıb.
Mədəniyyət Nazirliyindən Senet.az-a bildirilib ki, nazirlik tərəfindən teatr peşələri üzrə mütəmadi olaraq, təlim və təcrübə mübadiləsi, ixtisasartırma, xaricdə təhsil imkanları yaradaraq, kadr potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər silsiləsindən olan ustad dərsləri sentyabrın 24-dək davam edəcək.
Qeyd edək ki, təlimlərdə ölkənin ayrı-ayrı teatrlarından gənc aktyorlar, xoreoqraflar, eləcə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllim və tələbələri də iştirak edirlər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür