Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonu maraqlı tamaşalar təqdim edəcək.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, teatrın səhnəsində iyunun 8-də “Kimdir müqəssir?”, iyunun 9-da isə “Qızıl toy” tamaşaları təqdim olunacaq. Bundan başqa, yaradıcı kollektiv iyunun 10-da “Baladadaşın toy hamamı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.
Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində Xalq Artisti Fatma Mahmudova, əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Almaz Ələsgərli, Əzizağa Əzizov, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülnarə Əzizova, Yuliya Heydərova, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, balaca aktyor Tamerlan Əhmədov və başqaları iştirak edirlər.
Azərbaycan Dövlət Musiqili Teatrı bu həftəsonunu təbəssümlə, gülüşlə yekunlaşdırmaq istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür