Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.
Sənət ocağının mətbuat xidmətindən Senet.az-a bildirilib ki, dekabrın 8-də “Molla Nəsrəddinin beş arvadı”, 9-da “Baladadaşın toy hamamı” səhnə əsərləri teatrsevərlərin ixtiyarına veriləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr balaca teatrsevərlərə dekabrın 8-də saat 12:00-da və 14:00-da ana dilimizdə “Dəcəl çəpişlər”, 7-9-da saat 12-də isə “Yağış göbələyinin macərası” və “Qızıl cücə” musiqili əyləncəli nağıl tamaşalarını rus dilində göstərəcək.
Səhnə əsərlərində Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları iştirak edəcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür