Sentyabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü açıq elan edib.
Senet.az xəbər verir ki, sənət ocağı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə tamaşaçıların görüşünə gəlib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bütün kollektivi yeni mövsümün açılışı münasibətilə təbrik edib, sənət ocağının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Sonra teatrın repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına verilib.
Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində teatrın tanınmış və gənc aktyorları rol alıb.
Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, sənət ocağı Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir neçə səhnə əsəri ilə çıxış edəcək. Teatrın yaradıcı kollektivi festival günlərində teatrsevərlərə “O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” tamaşalarını da təqdim edəcək.
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib