
İngiltərənin “Christchurch Mansion” muzeyinin işçiləri 221 yaşlı güldanı qıran uşağı axtarır. Ancaq onların uşağı axtarmaqda məqsədləri heç də azyaşlı uşağı cəzalandırmaq deyil.
Ailəsi ilə muzeyi ziyarət edən 5 yaşlı bir uşaq 221 yaşlı qədim güldanı qırıb. Yerə düşən güldan 65 parçaya bölünüb. Ancaq Karri Uillis adlı usta qabı olduğu kimi bərpa edib. Güldan yenidən muzeydə sərgilənməyə başlayıb.
Muzey rəhbərliyi mətbuata açıqlamasında uşağı və ailəsini muzeyə dəvət etdiklərini bildiriblər: “Güldanı qırdıqdan sonra uşaq və ailəsi çox pis olmuşdular. Onlar tarixi əsərə zərər verdikləri üçün özlərini günahkar hiss edirdilər. Ancaq biz güldanı yenidən bərpa etdik. İstərdik ki, həmim uşağı və ailəni yenidən muzeyə dəvət edək. Düşünürük ki, onlar güldanın bərpa olunduğunu görsələr, sevinərlər. Təəsüf olsun ki, ailənin kimliyi bizə məlum deyil. Ona görə də mətbuat vasitəsilə onlara səslənmək istəyirik. Ümid edirik ki, onlar bizim çağırışımızı eşidəcəklər”.

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür