senetaz

Həsən Əliyev 80 D

16 May 2015 314

“Nabat"ın mükafatı Kannda təqdim edildi

“Nabat"ın mükafatı Kannda təqdim edildi

nabat

Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun “Nabat” filmi “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.

Senet.az xəbər verir ki, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna təşrif buyurub.

Mükafatı qəbul edərkən Azərbaycanfilm kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür etmiş və festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib.