
Martın 12-dən 16-dək Belarus paytaxtında XXXII Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bu tədbirdə Azərbaycanın kitab nəşriyyatçıları da iştirak edəcəklər.
AZƏRTAC sərginin təşkilatçılarına istinadla xəbər verir ki, kitab ekspozisiyasının, həmçinin diskussiya və təqdimat platformalarının əsas mövzusu İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyi olacaq. Bununla yanaşı, ziyarətçiləri və iştirakçıları zəngin işgüzar və mədəni proqramlar gözləyir.
Sərgidə nəşriyyatlar və kitab ticarəti firmaları, poliqrafiya müəssisələri, kitab nəşri üzrə beynəlxalq və milli assosiasiyaların nümayəndələri iştirak edəcəklər.
Tədbirin tam proqramı yaxın vaxtlarda açıqlanacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür