Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Yazıçılar Birliyinin üzvü, əmək veteranı Simax Şeydanı 79 yaşının tamam olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edib.
Simax Şeyda (Yuşbayev Simax Barux oğlu) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-ci ildə ailəliklə Gəncə şəhərinə köçüblər. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.
Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri və “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.
Simax Şeyda ədəbi fəaliyyətə orta məktəbdən başlayıb. Onun “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Azərbaycan” qəzetlərində və “Göyərçin” jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.
Simax Şeyda uşaqların sevimli şairidir. Uşaqlar üçün qələmə aldığı beş mənzum pyes oxucular tərəfindən rəğbətlə qarşılanıb. “Təyyarə” (1964), “Mən balaca kosmonavtam” (1967), “Yaxşı qız” (1979), “Kimin belə qızı var” (1983) və “Tülkü, tülkü, tünbəki” kitabları kütləvi tirajla nəşr olunub.
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq