Mədəniyyət naziri Adil Kərimli “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı ali təhsil müəssisələrinə və biznes subyektlərinə müraciət ünvanlayıb.
Senet.az-ın məlumatına görə, nazir “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat zamanı bildirib ki, layihənin rezidentləri sırasında tələbələr də var.
“Məhz bu tələbələr üçün, onların yaradıcı potensialının dəyərləndirilməsi üçün ali təhsil müəssisələrinin xüsusi fəallığı lazımdır. Eləcə də bu istiqamətdə biznes subyektlərindən də müəyyən addım gözləyirik”.
Qeyd edək ki, “Yaradıcı Azərbaycan” layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan bir təşəbbüsdür və ölkənin mədəni və yaradıcı sənayelərinin inkişafına yönəlib.
Layihənin əsas məqsədi Azərbaycanın yaradıcı potensialını üzə çıxarmaq və onu qlobal bazara çıxarmaqdır. Bu sahələrə kino, animasiya, oyunlar, moda, musiqi, cultech və digər yaradıcı istiqamətlər daxildir.
Balet sənətimizin uğurlu müjdəçisi - Cavid Qədir yazır
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə