senetaz

Həsən Əliyev 80 D

17 Dekabr 2015 273

Nazirlər Kabineti Dövlət Mükafatlarına əsərlərin qəbulunu elan edir

Nazirlər Kabineti Dövlət Mükafatlarına əsərlərin qəbulunu elan edir

nazirlerAzərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir. Senet.az xəbər verir ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-cı il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir. Komissiyanın ünvanı belədir: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: nk@cabmin.gov.az.