Ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının yeni kitabı çapdan çıxıb. Bu barədə saytımıza müəllif özü məlumat verib.
“Şərq-Qərb” nəşriyyatının reallaşdırdığı layihə çərçivəsində işıq üzü görən bu kitab böyük sənətkar Sara xanım Qədimovaya həsr olunub. Kitabda Sara xanımın həyatı, yaradıcılığı, eləcə də, haqqında bildiklərimiz, bilmədiklərimiz barədə geniş məlumat verilir. Ən əsası, müəllif bu kitabda gözəl sənətkarımıza və sənətə böyük sevgi ilə, hörmətlə yanaşıb. N.Cabbarlı kitabın hazırlanmasında əziyyət çəkən hər kəsə təşəkkürlərini çatdırıb və maraqlananlar üçün bu seriyadan olan başqa maraqlı kitabların da çapa hazır olduğunu deyib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür