Noyabrın 21-də “Hədəf” Nəşrləri, “XAN” nəşriyyatı, “Altun kitab” nəşriyyatı, “Qələm” nəşriyyatı və “Radius” nəşriyyatının rəhbərlərinin toplantısı keçirilib. Tədbiri giriş sözü ilə vəkil Bağırov Əkbər Məmmədoğlu açıb. O, piratçılığa qarşı mübarizənin effektivliyi barəsində fikir söyləyib: “Biz müxtəlif vaxtlarda Azərbaycanın regionlarında piratçılığa qarşı monitorinqlər aparmışıq. Keçirdiyimiz bu silsilə tədbirlər çərçivəsində Sumqayıtda, Masallıda pirat kitablar aşkarlamışıq. Əlbəttə ki, həmin şəxslər məhkəməyə verilib. Çünki Azərbaycan Respublikasının qanunları və birbaşa Konstitutsiyası əqli mülkiyyət hüquqlarını qorumağa əsas verir. İstər mənəvi, istərsə də hüquqi nöqteyi-nəzərdən bizim üstünlüyümüz var. Ona görə də təklif edirəm ki, burada iştirak edən nəşriyyatlar adından kitab mağazalarına xəbərdarlıq məktubu göndərək. Məktubda pirat kitab satışının qanunla qadağan edildiyini, monitorinqlərimiz zamanı hər hansı bir kitab mağazasından bu cür kitablar tapıldığı təqdirdə məhkəməyə müraciət edəcəyimizi bildirək. Belə olduğu halda piratçılar da özlərində mənəvi məsuliyyət hiss edəcəklər”.
Daha sonra söz alan “Altun kitab” nəşriyyatının direktoru f.ü.f.d. Rafiq İsmayılov piratçılığa qarşı birləşməyin vacibliyindən danışdı: “Mən təklif edirəm ki, nəşriyyatların yayım mərkəzi yaradılsın. Bizim orijinal kitablarımız yalnız bu mərkəzdə satılsın. Bütün mağazalar da kitabları həmin satış mərkəzlərindən alsınlar. Bu vasitə ilə pirat kitabların müəyyən dərəcədə qarşısını ala bilərik”. “Hədəf Nəşrləri”nin təsisçisi f.ü.f.d, dos. Şəmil Sadiq də öz növbəsində piratçılığın nəşriyyatlara vurduğu ziyandan danışıb. O, bildirib ki, pirat nüsxə satışa çıxaran zirzəmi mətbəələri həm mənəvi, həm də qanun qarşısında məsuliyyət daşıyır: “Düşünürəm ki, piratçılığa qarşı mübarizənin formasını dəyişmək lazımdır. Bunun üçün nəşriyyatların nümayəndələrindən ibarət işçi qrupu yaradılmalıdır. Həmin nümayəndələrimiz mütəmadi olaraq monitorinq aparsın. Monitorinq zamanı aşkarlanan piratçılar də birbaşa məhkəməyə verilərək cəzalandırılsın”. Tədbirin sonunda qərara alındı ki, bu tip görüşlər mütəmadi xarakter alsın, kitab satışı ilə məşğul olan sahibkarlara məktub ünvanlansın və monitorinqlərin təşkil olunması üçün işçi qrupu yaradılsın.
[gallery columns="6" ids="11277,11276,11274,11273,11272,11271,11270"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür