
Sentyabrın 22-si Hədəf STEAM Liseyinin Bakı filialında pedaqoji heyət üçün Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi Nihad Böyükbaşın “Türk dünyasındakı təhsildə keyfiyyət axtarışı” mövzusunda seminarı təşkil edilib.
Çıxışçı bir çox dünya ölkələrinin təhsil sistemindən danışıb, ideal müəlim və uğurlu təhsil metodologiyalarına istinad edərək keyfiyyətli təhsilin təşkili üçün diqqət göstərilməli nüanslara toxunub.

N.Böyükbaş qeyd edib ki, təhsildən danışarkən türk xalqlarının təhsil sistemlərinin ortaq və fərqli cəhətlərini, doğru bilinən yanlışları müəyyən etmək mütləqdir. Üstəlik məktəb və müəllimin, doğulub-böyüdüyü ailənin şagirdə, onun təhsilinə təsiri qaçılmazdır: "Araşdırmalara görə, valideynin təhsilli olub-olmamasının, dünyagörüşünün şagirdin təhsil həyatına ciddi təsir etdiyi sübut olunub".

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür