Sentyabrın 7-də Niyazinin mənzil muzeyində Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli dirijor və bəstəkar Niyazinin 105, dahi türk bəstəkarı və pedaqoqu Əhməd Adnan Sayqunun 110 illiyinə həsr olunmuş “Sənətlə döyünən qardaş ürəklər” adlı tədbir keçiriləcək.
Muzeyin direktoru Rza Bayramov Senet.az-a məlumat verib ki, Niyazinin mənzil muzeyində təşkil olunacaq tədbir çərçivəsində hər iki sənətkarın həyat və yaradıcılığından danışılacaq, onların dünya musiqi tarixindəki xidmətləri vurğulanacaq. Tədbir boyu hər iki sənətkarın əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür