senetaz

Həsən Əliyev 80 D

10 Yanvar 2022 249

Nizami Gəncəvi yaradıcılığı Türkiyə portallarında

Nizami Gəncəvi yaradıcılığı Türkiyə portallarında

hg  

Türkiyənin “murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” ədəbiyyat portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türk dilinə tərcümə edilmiş “Qəm yemə, qəm əhlinin imdadına canan çatar” qəzəlinin, rübailərinin və şairin yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.

Senet.az xəbər verir ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” portalları müntəzəm olaraq səhifələrində Uilyam Şekspir, Fyodor Dostoyevski, Lev Tolstoy, Corc Oruell, Mehmet Akif Ərsoy kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.