Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan şairi, mütəfəkkir filosof Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliği işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərlərin orijinaldan Türk dilinə tərcüməsi layihəsinə başlanılıb və bu istiqamətdə Ərzurum Atatürk Universitetinin Fars dili və ədəbiyyatı bölməsinin müdiri, professor Nimet Yıldırımla razılıq əldə olunub. Qeyd edək ki, professor Nimet Yıldırımın tərcüməçilik sahəsində böyük təcrübəsi var və o, bir sıra klassik Şərq şairlərinin əsərlərini Türk dilinə çevirib.
Beləliklə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu günlərdə Nizami Gəncəvinin “İskəndərnamə” əsəri Ankarada “Dergah yayınları” nəşriyyatında çap edilib.
“Xəmsə”yə daxil olan digər dörd əsərin orijinaldan Türk dilinə tərcüməsi layihəsi davam edir və sözügedən əsərlərin tərcüməsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub