Nobel mükafatçısı Pablo Nerudanın qohumu Rodolfo Reyes şairin Pinoçetin adamları tərəfindən zəhərləndiyini, bununla bağlı əlində dəlillərin olduğunu deyib.
Çili Komunist Pariyasının üzvü Neruda Santiaqodakı bir xəstəxanada Pinoçetin inqilabından 12 gün sonra ölmüşdü. Şairin sürücüsünün zəhərlənmə iddiası polisə müraciətindən sonra 2013-cü ildə məzarı açılıb, cinayət işi başlanmışdı. Nerudanın sümüklərini tədqiq edən mütəxəssislərin bəziləri zəhər izinin olmadığını, bəziləri isə olduğunu iddia edir.
Qeyd edək ki, Nerudanın ailəsi tərəfindən birinci dəfədir ki, zəhərlənmə iddiası irəli sürülür. Rodolfo Reyes onun bədənindən bir bakteriya aşkarlandığını, bunun da şairin zəhərlənməyinin sübutu olduğunu bildirib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür