Yanvarın 24-də Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüş keçirildi.
Görüş zamanı Anar Kərimov qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı mədəniyyətimizin beynəlxalq arenada tanıdılması üçün çox mühüm amildir: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi təkcə Azərbaycan şairi deyil, o həm də ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir.
Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Əlamətdar ilin yaddaqalan tədbirlərindən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu.” Tədbirlərdə dahi şairin zəngin yaradıcılığının müxtəlif istiqamətlərindən danışıldı, yeni elmi faktlar səsləndirildi. Bundan əlavə, il ərzində bir sıra ölkələrdə şairin büstləri qoyuldu. Nizami Gəncəvi təkcə ədəbi-mədəni hadisə deyil, o həm də xalqları, ölkələri yaxın edən mədəni-siyasi önəmə malik fenomendir. Daha sonra Anar Kərimovun iştiraki ilə Ömər Eldarovun və Fərhad Bədəlbəylinin “Nizami Gəncəvi-880” xatirə nişanlarını təltif olunma mərasimi keçirildi.
“Şuşa İli” ilə əlaqədar “Rəsm saatı” təşkil olunub
“Art-terapiya” dərsləri yenidən başladı
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
“Qələbə hünəri” sərgisinə əsər qəbulu davam edir
Tanınmış rəssam əsərini Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edib
Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar
“Mənim düşüncəm-2021” müsabiqəsi davam edir
Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək
“Özünü kəşf et” adlı ustad dərsləri davam edir