
Rejissor Kristofer Nolanın "Oppenheymer" bioqrafik dramı İkinci Dünya müharibəsi mövzusunda çəkilən filmlər arasında ən çox gəlir gətirən ekran əsəri olub.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, "Oppenheymer" nümayişlərdən əldə olunan gəlirlərə görə, “Dünkerk” və hətta Stiven Spilberqin ən çox gəlirli “Sıravi Rayanı xilas etmək” filmlərini üstələyib.
“Oppenheymer”in dünya miqyasında kassa gəliri 559,2 milyon dollara çatıb və nümayişlərdən toplanan gəlirlər hazırda artmaqda davam edir.
Xatırladaq ki, məşhur “Sıravi Rayanı xilas etmək” filmi bir vaxtlar o dövrlər üçün 482 milyon dollar, təxminən iyirmi ildən sonra ekranlara çıxan “Dünkerk” isə 527 milyon dollar toplaya bilmişdi.
K.Nolanın "Oppenheymer" bioqrafik filmi, eyni zamanda “Oskar” mükafatına namizəd ekran əsərləri sırasında yer alır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür