senetaz

Həsən Əliyev 80 D

23 Yanvar 2026 2942

“Oskar” mükafatına namizədlərin siyahısı açıqlanıb

“Oskar” mükafatına namizədlərin siyahısı açıqlanıb

Amerika Kino Akademiyası “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb
 
“Günahkarlar” filmi rekord sayda - 16 nominasiya üzrə “Oskar”a namizəddir. Leonardo Di Kaprionun baş rol aldığı “Döyüş ardınca döyüş” filmi 13 nominasiyada təqdim olunub. Bu il “Ən yaxşı film” adı uğrunda həmçinin “Buqoniya”, “Hamnet”, “Möhtəşəm Marti”, “Məxfi agent”, “Sentimental dəyər”, “Qatar yuxuları”, “Frankenşteyn” və “F1” filmləri mübarizə aparacaq.
 
98-ci “Oskar” mükafatlandırma mərasimi martın 15-də Los-Ancelesdəki “Dolby” Theatre”də keçiriləcək.
 
Digər namizədləri təqdim edirik.
 
“Ən yaxşı rejissor” nominasiyası üzrə:
Xloya Jao (“Hamnet”)
Coş Sefdi (“Möhtəşəm marti”)
Pol Tomas Anderson (“Döyüş ardınca döyüş”)
Yoakim Trier (“Sentimental dəyər”)
Rayan Kuqler (“Günahkarlar”)
“Ən yaxşı aktyor” nominasiyası üzrə:
Maykl B.Cordan (“Günahkarlar”)
Leonardo Di Kaprio (“Döyüş ardınca döyüş”)
Vaqner Moura (“Məxfi agent”)
İtan Houk (“Mavi ay”)
Timoti Şalame (“Möhtəşəm Marti”)
“Ən yaxşı aktrisa” nominasiyası üzrə:
Cessi Bakli (“Hamnet”),
Rouz Birn (“Əgər bacarsaydım, səni təpikləyərdim”)
Renate Reinsve (“Sentimental dəyər”)
Emma Stoun (“Buqoniya”)
Keyt Hadson (“Mahnı kədərli səslənir”)
“Ən yaxşı animasiya filmi” nominasiyası üzrə:
“Arko”
“Elio”
“K-pop: Şeytan ovçuları”
“Balaca Ameli”
“Zootopiya 2”