ənin və duyğuların ötürülməsi onlayn dərslərə nisbətən daha güclü olsa da, bu dərslərin də şagirdlər arasında müəyyən marağa səbəb olduğu, onlarda texnologiya ilə əlaqələndiyi üçün dərslərə daha həvəslə yanaşılması müşahidə edilmişdir.Onlayn dərs prosesi zamanı təlim nəticələrinin daha effektiv olub-olmaması da əhəmiyyətli məqamlardan biridir. Respondentlərin böyük əksəriyyətinin, yəni 74,3%-nin fikrincə, canlı dərslər zamanı nəticələr daha yaxşı və daha effektiv olur. Onlayn və yaxud da canlı dərs olaraq nəticə əldə etməyin heç bir fərqi olmadığını iştirakçıların 15,5%-i cavablandırmışdır. İştirakçıların 5,7%-i isə, yəni say olaraq təxminən 65 nəfər onlayn dərslərdən əldə olunan nəticəni qənaətbəxş hesab etmişdir. Yerdə qalan faiz (4,5) bu sualı dəyərləndirməyə çətinlik çəkdiklərini söyləmişlər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” deməklə müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə edilməsinin zəruriliyini bizlər üçün vurğulamışdır. Müasir tədris formalarından istifadə edərək, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir. Sorğuda verilən suallardan biri də şagirdlərin texnoloji vasitələrlə tədris almasına münasibət məsələsi ilə bağlı olmuşdur. Bu suala respondentlərin 36,5%-i (418 nəfər) müsbət münasibətini göstərmişdir. Təxmini o qədər də, yəni 34,5%-i (396 nəfər) isə lazım olmadığı təqdirdə bu formada tədrisdən istifadə etməyəcəklərini bildirmişlər. İştirakçıların 28,9%-i (331 nəfər) bu prosesə neytral münasibət bildirmişlər. Distant təhsil zamanı onlayn dərs prosesi bilavasitə şagirdlərin ev mühitində keçirildiyindən, mövcud vəziyyətlə əlaqədar olaraq valideynlərin də bu prosesdə iştirakını zəruri etmişdir. Belə ki, valideynlər dərslərin keçirilməsi zamanı övladlarının yanında olmalı, dərs prosesini təşkil etməkdə köməklik göstərməli, dərs prosesinin effektiv keçməsi üçün şərait yaratmalıdırlar. Sorğu iştirakçılarının 34,9%-i bu köməkliyin hərdən, yəni övladları müraciət edərkən, 22,8%-i imkan daxilində göstərildiyini, 22,7%-i heç bir köməklik etmədiyini və 19,6%-i isə hər zaman köməklik göstərdiyini söyləmişdir. Həmçinin müşahidələr valideyn məsuliyyəti və dərs prosesinə nəzarətinin onlayn dərslər zamanı zəruri olduğunu göstərir. Ümumiyyətlə, valideynin məsuliyyəti tədrisin bütün formalarında çox vacibdir. Distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Respondentlər bu formanın hansı şagird qrupları üçün faydalı olduğunu cavablandıraraq maraqlı statistika ortalığa çıxarmışlar. Belə ki, 38,1% iştirakçı bu təhsil formasının xüsusi hallar üçün, müvəqqəti məktəbə gedə bilməyən (xəstəlik, başqa yerə köçmə və s. səbəblərdən) şagirdlər üçün yararlı olduğunu söyləmişlər. Respondentlərin 28,5%-i distant təhsil formasının müstəqil biliklərə yiyələnmə qabiliyyəti olan şagirdlər üçün, 26,5%-i isə bütün şagirdlər üçün effektiv ola biləcəyini qeyd etmişlər. 3,8% cavablar müəllimlə ünsiyyətdə çətinliklər yaşayan şagirdlər üçün, 3,2% isə müəyyən bir fənndən geri qalan, zəifliyi olan şagirdlər üçün yararlı olduğunu düşünən cavablar olmuşdur. Onlayn tədrisin metodologiyası tamamilə fərqlidir. Düzdür, ənənəvi üsullardan da istifadə edilir, amma müəllim eyni yanaşmanı sərgiləyərsə, dərsinin alınmayacağına əmin olmalıdır. Virtual şəkildə şagirdi idarə etmək müəllimdən tamam başqa bacarıqlar istəyir. Burada yenə bizim üçün aydın olan bir məsələ yada düşür: yaradıcı müəllim. Yaradıcı müəllim operativ şəkildə vəziyyətdən çıxmağı bacardığı üçün onlayn dərslərdə də problem yaşamayacağı bəllidir. Sorğuda iştirak edənlər distant təhsil zamanı müşahidə etdikləri üstünlükləri 33,3% olaraq bu prosesin evdə təşkil olunduğu üçün qeyd etmişlər. 25,9% respondent isə bu prosesin şagirdlərdə müstəqil öyrənmə bacarıqlarının inkişafı üçün faydalı olduğunu