Azərbaycan Dövlət Pantomima Teatrı tamaşaçıları may ayında da sevindirməyə davam edəcək.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildiriblər ki, mayın 2-də və 16-da Bəxtiyar Xanızadənin “Pantomima buketi” göstəriləcək. Tamaşaçılar mayın 3-də “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Dəli Domrul”a, 9-da və 24-də Ceyhun Dadaşovun “Mən və mən”inə baxa bilərlər.
Səbinə Hacıyevanın “Dejavü”sü mayın 10-da və 23-də, Bəxtiyar Xanızadənin və Bəhruz Əhmədlinin “Son ştrix” tamaşası mayın 17-də və 30-da nümayiş olunacaq. Teatrın kollektivi mayın 31-də Bəhruz Əhmədlinin “Ora-bura” tamaşasını təqdim edəcək.
Pantomima teatrının may repertuarında balaca tamaşaçılar da yaddan çıxmayıb. Uşaqlar mayın 3-də və 17-də və 31-də Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, mayın 10-da və 24-də A. Şaiqin “Tıq-tıq” tamaşalarına baxa bilərlər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür