Yanvarın 10-da Azərbaycan Dövlət Pantomima Teatrında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Öyrədərək öyrənirəm” adlı ustad dərslərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, dərsləri Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru Bəxtiyar Xanızadə aparır. Ustad dərslərinə peşəkarlardan, gənclərdən və tələbələrdən ibarət olan teatrşünaslar, aktyorlar, rejissorlar qatılıb. Təlimlərin ilk günü “Həqiqi hisslərlə yaşamaq azdır” mövzusuna həsr olunduğunu deyən Bəxtiyar Xanızadə, özünün tələbəlik illərini xatırlayıb. Bildirib ki, onun ən böyük arzusu Sankt-Peterburqda aktyorluq üzrə təhsil almaq idi.
“Bilmirəm siz məndən nə istəyirsiniz, amma mən bu gündən heç nə gözləmirəm” sualının vaxtilə ona verildiyini deyənXalq artisti, ilk olaraq eyni sualı təlimə qatılan aktyorlara ünvanlayıb. O, dahi şəxsiyyətlərdən sitatlar gətirərək “Həqiqi hisslərlə yaşamaq azdır, onu təqdim etmək bacarığı olmalıdır” fikrini xatırlayıb. Sonra Bəxtiyar Xanızadə aktyorlara ən çox istədiklərini təsəvvürünə gətirmək tapşırığı verib. Aktyorlar xəyalında canlandırdıqları arzularını karandaşla ağ vərəqin üzərində köçürüblər. Təlimlər digər maraqlı texnikalarla davam edib. Qeyd edək ki, “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı növbəti təlim yanvarın 13-də rejissorların iştirakı ilə keçiriləcək. Yanvarın 14-də təşkil olunacaq “Teatr və mən – mən və teatr” adlı təlimdə isə yalnız teatrşünasların iştirakı gözlənilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür