Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa - “d`Dorian” (musiqi ladlarından biri) təqdim olunub. Teatrdan Senet.az-a bildirilib ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin “d Dorian” adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, şeirlərin müəllifləri Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur. Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: Onlar bir-birini görüblər, tanış olub daha da bəyəniblər, vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan - musiqiçi olması da əlavə əngəl törədib - yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi olan gözü qara eynəkli, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür