Senet.az şair Sabir Alimin şeirlərini təqdim edir:
Düşüb
Bu ömür necə ömürdü,
Bu ömür payıma düşüb.
Bəxtimə dua yazıblar,
Yerin o tayına düşüb.
Kam almamış həyatımdan,
Məni də saldı atımdan.
Bu nə eşqdi, ucbatından
Üzüm ayağıma düşüb.
Tər yonca çiçəyi dərdim,
Dərib saçlarıma hördüm.
Bir yiyəsiz tabut gördüm,
Biçimi boyuma düşüb.
Mən salamat necə gəzim,
Fələk, yansın dilin, ağzın.
Ölümüm sevdiyim qızın
Vədəsiz toyuna düşüb.
Bakı, 2001.
Dərd çəkməyə adam çatmır
Bu dünya adamnan dolu,
Hamı özüyçün dərd çəkir.
Fərqi yoxdu heç kim üçün,
Dərd biçən yenə dərd əkir.
Vallah, boş vaxtım da yoxdu,
Düşünəm bir az da səni.
Dərdimə nişanlayarlar,
Darıxma, bu yazda səni.
Durub başımın üstündə,
Kölgəm mənsiz gedib yatmır.
Hamı dərd çəkir, eh, yenə,
Dərd çəkməyə adam çatmır.
Bakı, 2001.
Gəldim başsağlığı verəm.
Elə yazıq-yazıq baxma,
Gözlərimin yaşı dindi.
Qapıdan bayıra çıxma,
Durub gedəsiyəm indi.
Bircə qırıq sözüm qalıb,
İşığın iynəsi boyda.
Ananın da gözü aydın,
Biz nə hayda, o nə hayda.
Gecə röyamda görmüşəm.
Xəzələm, torpağam, yerəm.
Eşitdim sənçün ölmüşəm,
Gəldim başsağlığı verəm.
Bakı, 2001.
Mənə çiçək gətirsən.
İçimdə kimdi ölən,
İtlər iyə yığışıb.
Tanrıyla aramızda
Bu payızın yağışı.
Qoy geyinim əynimə
Bir ovuc sulu torpaq.
Çıxaq şəhərə... mənə,
Bir qəbirlik yer tapaq.
İtilə bıçağını,
Öldür, bu işi bitir.
Mənə çiçək gətirsən,
Kəfənə büküb gətir.
Bakı 2001.
Payız simfoniyası
Pəncərəmdə küləyin uçurduğu pərdələrin hamilə görkəmi, havada buludlar, Buludların bətnində su… Yağışlı və küləkli bir gündə tərk edilmiş qadınları xatırladar küçədə ayaq səslərinin çırpıldığı baxımsız ağaclar və hərdənbir axşamlar cındırından cin hürkən bomjlar yığışar bu ağacların dibinə. Yalnız göz yaşlarının Yanaqlarına cızdığı şəkil Sərxoş ərinin son zərbəsinə Cavab olar Ürəyinin səsinə Qulaq kəsilən qadına. Pəncərəmdə küləyin uçurduğu pərdələrin hamilə görkəmi oxumaq necə də gözəldir Gecənin içinə yağan yağışınTəxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür