Senet.az miniatür rəssam Pəri Miniatürün əsərlərindən bəzilərini təqdim edir:
Əsl adı Pərinisə Əsgərova olan Pəri Miniatür 10 ildən çoxdur ki, miniatür sənətiylə məşğul olur. Artıq o 300-dən çox əsərin müəllifidir. (Arf çalan)
Pəri xanım rəssamlığa uşaqlıqdan marağı olduğunu deyir: “Əmim deyir ki, üç yaşım olanda paltarımın üstündəki fiqurları köçürməyə çalışırdım”. (Düşünən şəhər)
Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənir. Elə o vaxtdan da, miniatür sənətinə könül verir. (Hərəmxana)
Rəssam yeni əsərlərində yalnızca klassik miniatür texnikalarından istifadə etmir. O, həm də rəsmlərində yeni metodların da axtarışına çıxır. (Məsləhət)
O, ilk rəsmini belə xatırlayır: “İlk dəfə dizlərini qucaqlayıb oturan kədərli bir oğlan şəkli çəkmişdim. Ona ad qoya bilmirdim, hirslənirdim. Sonra anam baxdı, adını “Həsrət” qoydu və dedi: “Əgər böyüyəndə böyük rəssam olsan, müsahibə versən, deyərsən ki, o vaxt anam mənə kömək edirdi”. (Nadir Şah Əfşar)
İlk fərdi sərgisi 2012-ci ilin oktyabrında olub. Dünyanın bir sıra ölkələrində əl işləri nümayiş edilib. (Saraylı)
Pəri Miniatür həm də döyüşçü kimi Qarabağda iştirak edib: “ “Şuşanın işğalı günü televizora baxırdıq. Qəfildən o kadrları gördüm və hönkürüb ağlamağa başladım. Anam çox narahat oldu. Biləndə ki, Şuşaya görə ağlayıram, anam əsəbiləşdi. Atamın əmisi oğlu Naxçıvanda komandir idi. O söz verdi ki, məni cəbhəyə aparacaq. Hərbi paltar tapmışdım və həvəslə hazırlaşırdım. Bir dəfə getmək istədim, əsgərlərə sovqat da hazırlamışdım, amma alınmadı. Anam imkan verməmişdi. Anamın rəsmini çəkmişdim. Mənə mane olduğu üçün əsəbiləşib o rəsmi cırdım. Qohumumuz ikinci dəfə gələndə məni apardı. Bir ay səngərdə oldum və Naxçıvan televiziyası da məni çəkdi. Heyf ki, o vaxtlar işıqlar yox idi və mən həmin verilişə baxa bilmədim”. (Şahın söhbəti)
Sövdələşmə
Təbiətin qızı
Timuçin
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür