Tanınmış ispaniyalı rəssam Pablo Pikassonun qızı Maya Pikasso Fransa hökumətinə atasının 9 əsərini bağışlayacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken məlumat yayıb. Burada söhbət altı rəsm əsərindən, şəkilli albomdan, heykəl və etnoqrafik sənət əsərindən gedir. Mətbuat konfransında jurnalistlərə yalnız bir əsər - kubizm üslubunda hazırlanmış “Oturacaqda şirniquş yeyən uşaq” (1938) göstərilib. Əsərlərin ən qədimi 1895-ci ilə aiddir. Bu, Pablo Pikassonun atası Don Xose Ruisonun portretidir. Əsərlər geniş ictimaiyyətə 2022-ci ilin aprelində təqdim olunacaq.
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür