İyulun 12-də Nizami Kino Mərkəzi və “British Council Azərbaycan”ın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlarına “Piter Pen” tamaşası rus dilində titrlərlə təqdim edəcək.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Senet.az-a bildirilib ki, əsərin süjet xəttini bir nəfər istisna olmaqla, bütün uşaqların böyüməsi və bununla da yaranan macəralar təşkil edir.
Məşhur “Ceyn Eyr”in ardınca rejissor Salli Kukson möhtəşəm, maraqlı “Piter Pen” tamaşasının “Bristol Old Vic” teatrındakı uğurundan sonra onu Milli Teatrda səhnəyə qoyur. Bu tamaşada böyüyüb boya-başa çatmağın müsbət və mənfi tərəflərinə toxunulur. O, sehr, dəcəllik, musiqi və fantaziyanın mükəmməl ahəngini əks etdirir. Tamaşa 12 yaşından yuxarı olanlar üçündür. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə etmək olar.
Xatırladaq ki, layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür