Vilyam Cems praqmatizmin və funksionalizmin banilərindən biri, həmçinin əsas nümayəndələrindən hesab olunur. 1869-cu ildə tibb üzrə doktor dərəcəsi alıb, lakin səhhətinə görə praktik həkim kimi işləməkdən imtina etməli olub. 1872-ci ildən assistent, 1885-ci ildən fəlsəfə professoru, 1889–1907-ci illərdə isə Harvard Universitetində psixologiya professoru kimi fəaliyyət göstərib. 1892-ci ildə Münsterberqlə birlikdə ABŞ-da ilk tətbiqi psixologiya laboratoriyasını yaratmışdır. O, həmçinin parapsixologiya və spiritizm sahəsində də fəal təcrübələr aparmışdır.
Stenli Holl ilə birlikdə Ceyms Amerika Psixoloji Assosiasiyasının iki dəfə prezidenti seçilən yeganə psixoloqlardan biri olmuşdur (1894 və 1904-cü illərdə).
1878–1890-cı illərdə Ceyms özünün məşhur “Psixologiyanın Prinsipləri” əsərini yazıb. Bu əsərdə o, alman psixologiyasındakı atomizmi tənqid edir və şüurun içindəki ayrı-ayrı elementləri deyil, konkret faktları və şüur hallarını öyrənməyi vacib sayırdı.
Ceyms şüuru fərdi bir axın kimi izah edirdi. Onun fikrincə, eyni hiss və düşüncə heç vaxt iki dəfə eyni şəkildə təkrarlanmır. Şüurun əsas xüsusiyyətlərindən biri onun seçiciliyidir. O hesab edirdi ki, şüur digər bioloji funksiyalar kimi faydalı olduğu üçün inkişaf etmişdir.
Bu baxışa əsaslanaraq, o, instinktlərə, emosiyalara və insanın fərdi fizioloji xüsusiyyətlərinə böyük əhəmiyyət verirdi. 1884-cü ildə irəli sürdüyü emosiyalar nəzəriyyəsi geniş yayılmışdır. Şəxsiyyət haqqında fikirləri isə ABŞ-da personalogiyanın formalaşmasına ciddi təsir göstərmişdir.
Sonralar onun ideyaları bixeviorizm tərəfdarları tərəfindən qəbul edilmədi və bir müddət elmi müzakirələrdən kənarda qaldı.
1902-ci ildə yazdığı “Dini Təcrübənin Müxtəlifliyi” əsərində Uilyam Ceyms dini təcrübənin iki əsas növünü göstərirdi. Ceymsə görə, dinin dəyəri insanlara həyata müsbət və inamlı münasibət qazandırmasındadır. O hesab edirdi ki, din insanın özü və ətraf mühiti haqqında düzgün təsəvvür formalaşdırmağa kömək edir. Ceyms şəxsiyyətlə mühit arasındakı əlaqəyə ilk diqqət yetirən alimlərdən biri idi. “Böyük insanlar və onların mühiti” adlı mühazirələrində dahiləri təbii bir hadisə, yəni “spontan mutasiya” kimi izah edirdi.
Onun fikrincə, cəmiyyətdə dəyişikliklər əsasən güclü şəxsiyyətlərin fəaliyyəti və nümunəsi nəticəsində baş verir. Belə dahilər dövrün tələblərinə uyğun gəldikdə xalqı irəli apara bilər, əks halda mənəvi tənəzzülə və insanların məhvinə səbəb ola bilər.
Ümumilikdə isə Ceyms tarixi inkişafda digər amillərə az əhəmiyyət verdiyi üçün tənqid olunmuşdur.
Hazırladı: Tural Cəfərli
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür