senetaz

Həsən Əliyev 80 D

20 Avqust 2024 2404

Prezidentdən Rəşad Məcidlə bağlı sərəncam

Prezidentdən Rəşad Məcidlə bağlı sərəncam

Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2024-cü il".