
Senet.az xəbər verir ki, “Qarabağ Üçün Oxu” komandası layihənin yaxın günlərdə təqdim ediləcək ilk buraxılışının tizerini yayıb.
Qeyd edək ki, Qarabağ Üçün Oxu `Playing for Change` qlobal layihəsinin Azərbaycan versiyasıdır. Şüarı `Səslərimizi Qarabağ üçün birləşdirək!`olan layihənin reallaşması AzVision.az saytının təşəbbüsü ilə ötən ilin dekabrında başlayıb.
İlk buraxılışda 150 peşəkar və həvəskar musiqiçi iştirak ediblər. Onların arasında bütün ölkədə tanınan və sevilən ifaçılar, o cümlədən, xalq artisti Flora Kərimova da var.
Layihə iştirakçıları 3 mahnı ifa ediblər. Çəkilişlər Azərbaycanın 14 rayonunda aparılıb. Həmçinin 7 xarici ölkədən iştirakçılar da qatılıblar. Növbəti buraxılışlarda çəkilişlər ölkənin digər rayonlarında da aparılacaq.
Qeyd edək ki, layihənin rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, bədii rəhbər və aranjmançı gənc müğənni Rəmal Rəsul, məsləhətçisi bəstəkar Tural Bakuvi, rejissoru Elvin Rüstəmzadə, koordinatoru Yaqub İlyasovdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür