senetaz

Həsən Əliyev 80 D

26 Avqust 2024 1789

Qarabağın ürəyi - Nurlanə Cərullaqızı yazır

Qarabağın ürəyi - Nurlanə Cərullaqızı yazır

Adi yaz günlərindən biri idi. Zeynəb müəllimə bir saat idi ki, 18 nəfər 8-ci sinif şagirdi ilə birgə avtobusla Bakıdan Şuşaya doğru yola çıxmışdı.

Günün şənbə, havanın ilıq olmasından isdifadə edən Zeynəb müəllimə öz şagirdlərini 4 ildir ki, düşmən işğalından azad edilmiş Şuşa şəhərinə ekskursiyaya aparırdı. Birdən O, üzünü arxada sakit oturmaqda olan uşaqlara tutdu:
- Uşaqlar, niyə sakit oturmusunuz? Yolumuz uzundur. Danışın, söhbət eləyin.
- Müəllimə, doğrudan, biz Şuşaya gedirik? - Aytən adlı bir şagird birinci dilləndi.
- Yox, marsa uçuruq. - deyə Rizvan adlı başqa bir şagird istehza ilə cavab verdi.
Uşaqların hamısı ucadan gülməyə başladı.
- Ha, ha, ha, çox gülməlidir. - Aytən əsəbləşdi.- Dayanın! Gülməyin, ağlayın. - deyə Rizvan zarafatına davam etdi.
- Bəsdir, kəs səsini! - Aytən daha da özündən çıxdı.
- Sakit olun, uşaqlar! - Zeynəb müəllimə sözə qarışdı.
- Müəllimə, siz Şuşada doğulmusunuz, elədir ? - Səma adlı digər bir şagird söhbəti dəyişmək istədi.
- Hə, qızım, orada doğulmuşam. 14 yaşıma qədər də orada yaşamışam. - deyə Zeynəb müəllimə kədərli halda cavab verdi. Sonra əlavə etdi:
- Şuşanın hər daşı, hər cığırı mənə canım qədər əzizdir. Turş su yaylaqları, İsa bulağı, Cıdır düzü, güllü bağ, xəngəlxana, Topxana meşəsi, atamın, anamın çalışdığı uşaq sanatoriyası. Mənim o yerlərlə bağlı çox gözəl xatirələrim var. Bir də Şuşanın milli simvolı olan xarı bülbül. Mən xarı bülbül festivalıını səbirsizliklə gözləyərdim. 17 məhəllə var idi Şuşada. Hər birində də məsçid, hamam və bulaq. Hər məhəllənin öz adı var idi. Biz saatlı məhəlləsində yaşayırdıq.
- Müəllimə, bəs Şuşanın adının mənası nədir? - növbəti sualı isə İlham adlı avtobus sürücüsü verdi.
- İlham bəy, çünki , oranın havası büllur kimi saf və təmizdir. Bu səbəbdən də yerli əhali şəhəri Şüşə, yəni Şuşa adlandırıb - Zeynəb müəllimə cavab verdi.
- Onu da deyim ki, Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Ona görə də ilk çağlar şəhər Şuşayla yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılıb. - deyə O, əlavə etdi.
- Müəllimə, nəyə görə Şuşanı həm də Qafqazın sənət məbədi adlandırırlar? -.
Zeynəb müəlimənin Pənah adılı başqa bir şagirdinin verdiyi suala isə cavabı belə oldu:
- Bəli, oğlum, həqiqətən, Şuşa Qafqazın sənət məbədi, mədəniyyətin beşiyidir.
Bu xariqələr diyarı Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Yusif Vəzir Çəmənzəminli, hekayələrini oxyub, ədəbiyyat müəllimi olmağa qərar verdiyim Süleyman Sani Axundov kimi neçə-neçə görkəmli şəxsiyyətlər yetişdirib.
- Müəllimə, bəs siz Şuşadan necə və nə vaxt çıxmısınız? - bunu da Rizvan soruşdu.
Zeynəb müəllimə o anları yenidən yaşayırmış kimi kövrəldi:
- Oğlum, biz oradan işğal günü, yəni 1992-ci ilin 8 mayında çıxdıq. Həmin gün ermənilər 4 tərəfdən şəhərə daxil oldular. Qarşılarına çıxan hər kəsi gülləbaran etməyə başladılar. Oradakı insanların göyə ucalan fəryadı, sayları çox olmasına baxmayaraq, tankların, düşmən əsgərlərinin hərtərəfdən güllələri başımıza yağış kimi yağdırdığı , silahların belə səsini batırrırdı. Biz nəqədər ora bura qaçsaqda, özmüzü düşmən gülləsimdən qoruya bilmədik.
- -Mən sol çiynimdən, anam isə qolundan yaralandı. Yollar saniyələr içində, sözün əsl mənasında, qan gölünə döndü. Mən olanları görməmək üçün gözlərim tutulsun deyə ağlaya-ağlaya Allaha dua edirdim. O gün gözlərimin qarşısında 195 nəfəri amansızcasına öldürdülər, 58 nəfəri də əsir götürdülər. Ölənlər arasında atam, əmim və 9 yaşlı qardaşım Elçin də var idi. 12 yaşlı digər qardaşım Elşən isə ayaqlarını itirib ömürlük əlil oldu. Biz isə sağ qalan digər insanlarla birgə Bakıya gəldik. Bir müddət vaqonda yaşadıqdan sonra dövlət bizi evlə təmin etdi. İşin ən dəhşətli tərəfi budur ki, insanlıqdan nəsibini almayan bu məxluqlar, bizə qarşı misli görünməmiş faciə törətdikləri həmin günü toy günü adlandırır və o cür də qeyd edirdilər. Ta ki, 2020-ci ilə qədər. Rəşadətli ordumuz 44 gün ərzində uzun illər düşmən əsarətində olan torpaqlarımızı azad etməklə onların bu özbaşınalığına və bizim vətən həsrətimizə əbədiyyən son qoydu. Allah bu torpaqlar uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
-Amin! - hamı bir ağızdan dedi.
- Müəllimə, bəs Şuşa işğaldan azad edildikdən sonra ora getmisiniz?
- Hə, oğlum, biz ora ailəlikcə getmişik. Orada gördüklərimiz heç də ürək açan deyildi. Bəzi binalar tamamılə, bəzi binalar isə qismən dağıdılıb. Bizim evimizin isə öz-özünə çöksün deyə qəsdən damı götürülüb. Amma artıq bunlar keçmişdə qaldı. İndi Şuşa bizimdi və tezliklə digər binalar kimi bizim evimiz də təzədən bərpa olunacaq. Biz də ora qayıdacağıq. Bunu da bilin ki, Şuşa relyef baxımından mürəkkəb yerdə yerləşdiyindən qəhrəman əsgərlərimiz oranı heç bir texnikanın köməyi olmadan düşmənlə əlbəyaxa döyüşərək azad edib.
Bir neçə saat keçdi. Budur, Zeynəb müəllimə və şagirdləri artıq Şuşada idilər.
Bəli, Şüşa indi sözün həqiqi mənasında çiçəklənmə dövrünü yaşayırdı. Hər tərəfdə sürətlə quruculuq və abadlıq işləri gedirdi. Bəzi binalar başdan tikilir, bəziləri də yenidən bərpa olunurdu. Yollarda hərbçilər və təmir-tikinti işlərində çalışan işcilər gözə dəyirdi . Zeynəb müəllimə ilə şagirdləri gəzə-gəzə gəlib, tikilməkdə olan bir binanın qarşısında dayandlıar.
- İşiniz irəli. - deyə, Zeynəb müəllimə üzünü fəhlələrə tutdu.
- Sağ olun! - fəhlələrdən biri cavab verdi.
- Necə gedir işləriniz?
- Super!
- Gəlin video çəkək, - Aytən telefonunu cibindən çıxarıb video çəkməyə başladı.
- Bu gün biz Zeynəb müəllməmizlə birgə Şuşa şəhərindəyik. Şübhəsiz ki, bu sevincimizi şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin. Bəli, Şuşa Azərbaycanın incisi, Qarabağın ürəyidir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur!

Nurlanə CƏRULLAQIZI