
Gülşad Quliyeva
Günlərinin birini
Qarlı, sönük gecəsində itirmişdi təqvimdəki yanvar.
Əlinə corab,
Ayağına əlcək geyinəsi ayrılıqdı bu qışınki.
Yorğan örtdüm sobasına
Yuxusunun aparmadığı adam
Dağıtmışdı fikirlərini ilin ən qısa ayına.
Sarı çiçəklərsiz də,
Əl yaylıqlarısız da olurmuş ayrılıqlar.
Sabah bir dəstə sarı çiçək alarsan ona
Əl yaylığını xatirə verərsən.
Hardasa yazı isidəcək qar,
Hardasa qışı üşüdəcək günəş var.
Sən hər səhər
Yuxu Yozmaları kitabını varaqlayarsan.
Dəmi qaynamış çayı
Yaddaşından gileysiz,
Həmin qardan,
Həmin günəşdən xəbərsiz içərsən.
Və saydıqca, toxunduqca çoxalar
Boynundakı qarğıdalı dənələrinin həsrəti…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür