senetaz

Həsən Əliyev 80 D

28 Noyabr 2024 513

Qəlb və ürəyin fərqi - Uraqanın yazısı

Qəlb və ürəyin fərqi - Uraqanın yazısı

Qəlb və ürək arasında belə bir fərq mövcuddur: ürək insan bədəninin əsas orqanlarından biridir, fiziki və bioloji fəaliyyəti ilə həyatın davamlılığını təmin edir. O, bədənə qan vuraraq, hüceyrələri oksigen və qida maddələri ilə təmin edir. Əl ilə toxunmaq, müayinələr aparmaq və hətta cərrahi müdaxilə ilə onu bərpa etmək mümkündür. Ürək konkret və funksional bir varlıqdır.

Qəlb isə daha çox insanın daxili aləmini, hiss və duyğularını ifadə edən metafizik bir anlayışdır. O, insanın ruhuna, mənəviyyatına və emosional varlığına işarə edir. Qəlb toxunulmazdır, lakin hiss edilə bilər. Qəlbin məcazi təbiəti ona daha dərin mənəvi və psixoloji əhəmiyyət qazandırır. Buna görə də insan sevəndə, inciyəndə və ya kədərlənəndə, bu, qəlbin dərinliklərində baş verir. Qəlb sevinci də, acını da özündə daşıyır.

Elə buna görə də, kimsə bizi aldatdıqda, incitdikdə "ürəyim ağrıyır" deməkdən daha çox "qəlbim qırıldı" deyirik. Çünki ürək fiziki bir ağrı hiss edə bilər, lakin məcazi olaraq qırılan, zədələnən qəlbdir. Qəlb insanın daxili mənəviyyatını, duyğularını və şəxsiyyətini təmsil etdiyi üçün o, hisslərin mərkəzi kimi qəbul edilir.

Həmçinin, dini və fəlsəfi mətnlərdə də "qəlb" daha çox mənəvi tərəfə işarə edir. Qəlb, həqiqətləri dərk edən, vicdanı oyadan və ruhani tərəfi təsir altında saxlayan mənbə kimi təsvir olunur. Ürək isə sırf bədəni canlı tutmaq üçün var olan bir orqandır. Bu baxımdan, ürək və qəlb arasında həm funksional, həm də mənəvi fərq açıq şəkildə görünür.

Buna görə "ürəyim sənə qarşı qırıldş" deməkdən çox, "qəlbim sənə qarşı qırıldı" ifadəsi daha doğru və təsirli səslənir. Qəlb həm məcazi, həm də mənəvi mənalarda insan həyatının ən dərin tərəflərini ifadə edir.
-Uraqan Abdullayev