Kitabevim.az kitab marketində Azərbaycanın Polşadakı Səlahiyyətli səfiri, tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun “Qız Qalası” kitabının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıb. O, müəllifə dəvəti qəbul edib gəldiyi üçün Kitabevim.az kitab marketi adından təşəkkürlərini bildirib. Daha sonra söz alan Həsən Həsənov kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, kitabda bir sıra yeni tarixi faktların yer aldığını, tarixçilərin dediklərinin əksinə Qız Qalasının XII əsrdə yox, VIII əsrdə tikildiyini qeyd edib. Tədbir qonaqların sualları ilə davam edib. Sonda müəllif oxucular üçün kitablarını imzalayıb. Qeyd edək ki, tədbirin tam videogörüntüsü Senet.az saytında yayımlanacaq. [gallery columns="6" ids="9439,9441,9436,9442,9465,9446,9447,9443,9449,9450,9451,9444,9452,9453,9454,9445,9464,9455,9448,9456,9457,9458,9459,9460,9461,9462,9463,9437,9438,9440"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür