Dekabrın 20-si, saat 13:30-da Kitabevim.az kitab marketində gənc yazar Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabının təqdimat mərasimi keçiriləcək. Kitabsevərlər qrupunun "Gənc qələmlərə dəstək" layihəsi çərçivəsində nəşr olunan kitabda müəllifin 12 hekayəsi və bir povesti yer alıb. Tədbir saat 16:30-a qədər davam edəcək. Cəmilə Mahir qızı Məmmədli 23 sentyabr 1993-cü ildə Göyçayın Potu kəndində anadan olub. Uşaqlığı Rusiyada keçib. İki dil bilən Cəmilə orta təhsillidir. İlk dəfə "Kitabsevərlər"in layihəsi olan "İz" gənc yazarların hekayələr toplusunda hekayəsii çap edilib. "Şəhrizad" və "Gəlincik evi" dünya ədəbiyyatından seçmə hekayələr kitablarında tərcümələri nəşr olunub. Bundan başqa Erix Mariya Remarkın "Qayıdış" romanının tərcüməçilərindən biridir. Qeyd edək ki, "Qonşu evin işıqları" müəllifin ilk kitabıdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür