Senet.az oxucularına "Ustad" jurnalından Şəmil Sadiqin "Qorqud Atanın pıçıltısı və geridə qalan bir il" adlı yazısını təqdim edir.
Bir il.... Qosqoca bir il gəlib keçdi. Və budur, “USTAD”ın yaşı tamamdır. Dədə Qorqud zamanı olsaydı, ən yaxşı halda, ad qoyma mərasimi indilərdə olmalı idi. Axı əməllər adı doğrultmalıdır. Əgər belə olmazsa, şəxs adının böyüklüyü və ya kiçikliyi altında əzab-əziyyət çəkməli olur. Az hallarda insan öz adına yaraşır. Bu məqamda düşünürəm ki, əslində, qoyulmuş bütün adlar öz sehrini sahibin üzərinə salır və onu bu adın yükünü daşımağa vadar edir. Bəli, vadar edir. Əgər ad xarakterə uyğun gələrsə, bu zaman vəhdət baş verər ki, onu da daşımaq kimi hansısa bir dərd yaranmaz.
Biz də dərgimizin adını Qorqud Atanın pıçıltısı ilə USTAD qoymuşduq. Dərginin birinci sayında da bu adı qorumağa, ucaltmağa çalışan bir şagird olacağımızı vurğulamışdıq ki, düşünürəm əməl edə bilmişik.
Bir baş redaktor kimi, sizlərə hesabat vermək boynumun borcudur. Mən hesabatımızı verim, dəyəri isə siz verin. Çünki biz dağın ətəyində olduğumuz üçün onun böyüklüyünü və kiçikliyini siz müəyyən edə bilərsiniz, əziz oxucular!
1. Bu bir il ərzində kimlərlə yola çıxmışdıqsa, indi də həmin komanda ilə davam edirik və sıralarımız günü-gündən genişlənməkdədir. Bir “USTAD” birliyi təmin etməlidir ki, onu da etdi.
2. Bir atımlıq barıt olmadıq, düzənli inkişaf yolu ilə addımladıq. “USTAD” yol göstərər ki, onu da etdi.
Bunlar bizim prinsipimiz oldu və əməl etmək üçün çalışdıq. Niyyətimiz yanlış olmadığı üçün, əməlimizdə ola biləcək qüsurları da oxucumuzun anlayışla qarşılayacağına inandıq.
Artıq 10-cu nömrəmizlə qarşınızdayıq. Və bu prinsipləri qoruyacağımıza əminik.
Bu məqamda baş redaktor kimi çox geniş və yorucu olmamaq arzusu ilə....
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür