Yanvarın 31-də Los-Ancelesdə (Kaliforniya) keçirilməsi nəzərdə tutulan “Qremmi” mükafatlarının təqdimetmə mərasimi aprelin 3-də Las-Veqasda (Nevada ştatı) keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıb. Məlumatda bildirilib ki, tədbirin təxirə salınmasına baxmayaraq, səsyazma akademiyası və “CBS” telekanalı mərasimi tam formatda keçirmək istəyir. 64-cü “Qremmi” mükafatlarının tarixi artıq məlumdur.
Mərasim aprelin 3-də Las-Veqasdakı “MGM Grand Garden”dən canlı yayımlanacaq. Qeyd olunub ki, mərasimin aparıcısı 2021-ci ildə olduğu kimi, komediya ustası, aktyor və teleaparıcı Trevor Noah olacaq. “MGM”in arenası 17 min nəfəri qəbul edə biləcək. Ümumilikdə nominasiyalar üzrə 85 mükafat təqdim olunacaq, o cümlədən iki yeni mükafat - etnik musiqi üzrə “Ən yaxşı musiqi ifası” və Latın Amerikası ifaçıları üçün “Ən yaxşı şəhər albomu”.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür