
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib.
Tədbirdə şəhid ailələri, Xəzər rayon MKS-nin fəal oxucuları, Binə qəsəbəsində yerləşən 149, 121 və 292 nömrəli məktəbin müəllim və şagird kollektivi, 24 saylı musiqi məktəbinin müəllim və tələbələri və Binə mədəniyyət mərkəzinin üzvləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qulu Ağsəsin yaradıcılığı haqqında slayd nümayiş etdirilib.
Görüş zamanı Qulu Ağsəs izləyicilər tərəfindən verilən sualları cavablandırıb və yeni şeirlərini səsləndirib.
Qeyd edək ki, kitabxana mütəmadi olaraq şair, yazıçı və incəsənət xadimləri ilə görüşlər keçirir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür