
Xalq artisti Ramiz Novruzov anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırılıb. Senet.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Teatr və kino sahəsində xidmətlərinə görə təltif edib.
Qeyd edək ki, Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1978-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib.
1981-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor səhnədə bir-birindən maraqlı rollar oynayıb.
Teatrla yanaşı, kinoda da istedadını nümayiş etdirən aktyor “Nizami” (Dərbənd elçisi), “Sizi dünyalar qədər sevirdim” (general Həzi Aslanov), “Alman klinikasına şəxsi səfər” (Baba Əliyev), “Cavad xan” (Sisianov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Ömrünün 37 ilini teatr və kino sənətinə həsr edən Ramiz Novruz 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Bu ilin oktyabr ayında Akademik Milli Dram Teatrında Ramiz Novruzun 60 illik yubileyi ilə əlaqədar Xalq artistinin iştirakı ilə “Xanuma” tamaşasının nümayişi nəzərdə tutulub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür