Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.
Rejissor Fikrət Əliyev dəfn olunub. APA-nın məlumatına görə, rejissor Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi və kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Qeyd edək ki, F. Əliyev martın 8-də dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.
Rejissorluğa "Baladadaşın ilk məhəbbəti" filmi ilə başlayan F.Əliyev "Qızıl uçurum", "Yuxu", "Axırıncı dayanacaq" kimi filmlərin müəllifidir.
“Dəli Kür” filmində Şamxal rolunu ifa edib.
Allah rəhmət eləsin.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür