Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gədəbəy rayonunda “Rəngli arzular” adlı sərgi açılacaq.
Senet.az xəbər verir ki, layihə rəssamlıq bacarığı olan istedadlı gəncləri üzə çıxarmaq, regionlarda təhsil alan istedadlı gəncləri tanıtdırmaq, habelə bu sahəyə marağı olan gənclərin təcrübələrini artırmaq məqsədi daşıyır. Sərgiyə 30 iştirakçı 50-dək sənət əsəri təqdim edə bilər. Layihəyə qoşulmaq istəyən fırça ustaları öz işlərinin fotolarını rengliarzular@mail.ru elektron ünvanına dekabrın 25-dək göndərə bilər.
Layihənin rəhbəri Təhminə Musazadədir. Sərginin dekabrın 27-də açılması nəzərdə tutulur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür