Respublika Uşaq Kitabxanası fondunu yeni nəşrlərlə komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edib.
Kitabxanadan bildirilib ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.
Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 nüsxə alınacaq. İştirakçılar tərəfindən nəşrlər iyulun 26-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.
Məzmun və poliqrafik baxışından qüsurlu, ümumi tirajı 50-dən aşağı olan nəşrlərin satınalınmasına yol verilmir.
Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər. Müsabiqə müddətində təqdim edilən nəşrlərdə uşaq ədəbiyyatına üstünlük veriləcək.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır.
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə