“Rus Film Qrup” və “Çin Film Qrup” şirkətləri, birgə istehsal etdikləri “Viy–2: Çinə səfər” filmi ilə tamaşaçı rekordu əldə etməyi hədəfləyir.
Axar.az xəbər verir ki, filmin prodüseri Aleksey Petruxin açıqlama verərək filmin uğurunun texniki baxımdan güclü filmlərin təkcə Hollivudda çəkilmədiyini göstərəcəyini bildirib.
Bu ilin əvvəllərində ekranlara çıxan filmdə dünya şöhrətli aktyor Ceki Çanın da çəkildiyini vurğulayan prodüser bunları deyib:
“Çanın komandası bütün döyüş sirlərini ekranda nümayiş etdirdi. Filmdə Rusiya və Çin folklorunun motivləri əks olunub. Bir-birinə oxşamayan, ancaq bir-birinə yaxın iki mədəniyyətin birləşməsi həddindən çox əhəmiyyətlidir”.
İngilis alim Conatan Qrinin Avropadan Asiyaya səyahətindən bəhs edən, 40 milyon dollarlıq büdcəyə malik filmdən 120 milyon dollar gəlir gözlənilir.
Xatırladaq ki, Nikolay Qoqolun “Viy” adlı romanı əsasında çəkilən eyniadlı film ilk dəfə 1967-ci ildə “Mosfilm” kinostudiyası tərəfindən çəkilib. Film, 2014-cü ildə 3D formatında yenidən hazırlanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür