
Oktyabrın 14-dən 16-dək Rusiyanın Rostov-Don şəhərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə IX Beynəlxalq konfrans (AICT2015) keçiriləcək.
Senet.az xəbər verir ki, builki tədbir Rostov-Don şəhərdəki Cənub Federal Universitetinin 100 illiyinə həsr olunub.
Bakı, Astana, Daşkənd və Tbilisidə keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də “AICT2015” informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alim, müəllim və tələbələri, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün xüsusi platformaya çevriləcək.
“AICT2015” Beynəlxalq konfransı 80-dək mövzunu əhatə edəcək. Tədbir “Böyük verilənlərin idarəsi və tətbiqi (Big Data)”, “Verilənlərin əldə olunması (Data Mining) və informasiya mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar”, “Kommunikasiyalar, şəbəkələr və avadanlıq”, “İKT biznes, idarəetmə və iqtisadiyyatda”, “İKT dövlət xidmətlərində”, “İKT təhsil, humanitar və sosial tədqiqatlarda”, “İKT tibb və səhiyyədə” bölmələr üzrə aparılacaq.
Konfrans haqqında ətraflı məlumatı “AICT2015”in rəsmi saytından – aict.info əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür