Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq. Senet.az xəbər verir ki, tamaşanın quruluşçu baletmeysteri Rusiyanın Xalq Artisti, tanınmış xoreoqraf Liliya Sabitovadır. Tamaşanın əsas mövzusunu böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram təşkil edir. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim olunur. Səhnə əsərinin əsas partiyaları truppanın aparıcı solistləri Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar Artist Samir Səmədov, aktyorlar Səlminaz Mirzəyeva və Veronika Arazova ifa edəcəklər. Qeyd edək ki, teatrda tamaşanın ilk premyerası 2013-cü il mayın 14-də baş tutub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür